SOCAR və “Total” şirkəti birgə layihələr barədə müzakirələr aparıb 

11:00 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

SOCAR-dan hafta.az-a bildirilib ki, görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50 faiz) və TOTAL E&P Absheron (50 faiz) şirkətləri arasında bərabər bölünüb.